Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Bloomberg: Rusiya prezidenti Vladimir Putin deyib ki, onun təklifi ABŞ tərəfindən qəbul edilməzsə, İslam Dövlərti qruplaşması üzərinə birtərəfli qaydada hava zərbələri endirəcək.

Rusiya prezidenti Vladimir Putin deyib ki, onun təklifi ABŞ tərəfindən qəbul edilməzsə, İslam Dövlərti qruplaşması üzərinə birtərəfli qaydada hava zərbələri endirəcək.

Bu barədə məlumat verən Bloomberg iki mənbəyə istinad edib.

Ruisiya son vaxtlar Suriyadakı hərbi qüdrətini artırır və bu ölkəyə canlı qüvvə və hərbi texnika gətirir.

Bashar al-Assadı dəstəkləyən Moskvanın Suriyadakı fəallığı Qərbin narahatlığına səbəb olub.

Bir rusiyalı diplomat Reutersə bildirib ki, Moskva Suriyada terrora qarşı birgə mübarizə şanslarının artıdığını hiss edir.

Diplomatın fikrincə, Rusiya ilə Qərb arasında razılaşma Suriyadakı 5 illik münaqişəyə son qoymağa imkan verərdi.

Bloombergin məlumatına görə Putin Qərbin, Rusiya, İran və Suriyanın İslam Dövləti silahlıları üzərinə zərbələrinin koordinasiya edilməsini istərdi.

Bununla belə, Bloomberginistinad etdiyi başqa bir mənbə ABŞ-la razılığa gəlinmədiyi halda Putinin Suriyada təkbaşına hərəkət etməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG