Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

Suriyalı qaçqınlara 1 milyard avro ayırır


Xorvatiyaya çatan miqrantlar, 23 sentyabr, 2015-ci il

Xorvatiyaya çatan miqrantlar, 23 sentyabr, 2015-ci il

-

Avropa Birliyi liderləri sentyabrın 24-də razılığa gəliblər ki, Türkiyə, İordaniya və Livandakı qaçqın düşərgələrində yerləşən suriyalılara dəstək məqsədilə 1 milyard avro ayrılsın. Blok bununla miqrasiya böhranını aradan qaldırmağa çalışır.

Liderlər həmçinin razılaşıblar ki, noyabrın sonunadək Yunanıstan və İtaliya kimi “ön cəbhə” ölkələrində “qaynar xətt” mərkəzləri yaratsınlar. Burada AB ekspertləri sığınacaq üçün müraciət etməyə hüququ çatanları sürətlə müəyyənləşdirə və qeydiyyata ala bilərlər.

Avropa Şurasının prezidenti Donald Tusk bütün bunları yeddi saatlıq fövqəladə sammitdən sonra bəyan edib.

Qaynar xətt mərkəzləri həmçinin iqtisadi səbəblərdən miqrasiya edənləri dərhal çıxdaş edəcək. Belə ki, sığınacaq ancaq müharibə və təqibə görə yurdundan didərgin düşənlərə veriləcək.

“Bu gün razılaşdırdığımız tədbirlər böhrana son qoymayacaq. Ancaq onlar düzgün istiqamətdə gərəkən addımlardır,” Tusk deyib.

Onun sözlərinə görə, bu dəfə Avropa liderləri də birləşib. 120 min qaçqının üzv ölkələr arasında paylaşdırılmasıyla bağlı bu həftə onların arasında kəskin fikir ayrılığı yaranmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG