Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:13

AŞPA-nın seçkiqabağı missiyası sentyabrın 21-22-də Azərbaycana səfərin yekunlarına dair bəyanat yayıb.

Missiya Azərbaycan hakimiyyətinin açıq olmasını və bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT DTİHB-ni seçki prosesinin gedişatını müşahidə etməyə dəvət etməsini alqışlayır, deyə sənəddə bildirilir.

Amma bəyanatda deyilir ki, Azərbaycan rəhbərliyi və ATƏT DTİHB müşahidəçilərin sayı barədə razılığa gələ bilməyibvə , buna görə DTİHB monitorinqdən imtina edib.

Bəyanatda həmçinin parlamentə daxil olmayan müxalifət nümayəndələri, xüsusən imza toplanışı zamanı bütün namizədlər üçün bərabər imkanların təmin edilməsi, inzibati resurslarıdan hakim partiyanın xeyrinə istifadənin qarşısının alınmasının vacibliyini qeyd edilir.

Seçkiqabağı missiya bəzi böyük müxalifət partiyalarının seçkilərdə şansı artırmaq üçün siyasi ittifaq çərçivəsində əməkdaşlıq etməyi qərara alması faktını alqışlayır.

Bəyanatda daha sonra deyilir ki, seçki məcəlləsində dövlət televiziyası və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtı və dövlət tərəfindən maliyyələşdirilən KİV-də yer nəzərdə tutulur. Buna görə də AŞPA nümayəndə heyəti bütün iştirakçılar üçün bərabər şəraitin təmin edilməsi və seçki prosesinin tam şəffaflığı məqsədilə ifadə və mətbuat azadlığının təmin edilməsinin vacib sayır-deyə sənəddə bildirilir.

Nümayəndə heyəti səfər zamanı Milli Məclisin sıdri, xarici işlər naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament qrupları və parlamentdə təmsil olunan partiya rəhbərləri, habelə parlamentə daxil olmayan müxalifət, MSK rəhbərliyi, diplomatik korpus nümayəndələri, vətəndaş cəmiyyəti və KİV-lə görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG