Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50

Qurban bayramı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti respublikanın ayrı-ayrı kəsim yerlərində reydlər keçirib.

Əməliyyat zamanı 20 qanun pozuntusu aşkarlanıb. DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açqıalamasında aidiyyəti şəxslərin cərimə edildiyini və müvafiq protokol tərtib olunduğunu deyib.

Yolçu Xanvəlinin sözlərinə görə, qanun pozuntuları daha çox baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvanların satılması ilə bağlıdır: “Sənədsiz heyvan satışı ilə bağlı 2 fakt qeydə alınıb. Sənədsiz satılan heyvanlar müvəqqəti olaraq nəzarətə götürülüb. Respublika baytarlıq laboratoriyasında müayinə üçün onlardan qan nümunələri götürülüb. Əgər heyvanlar sağlam olsa onların satışa icazə veriləcək, yox sağlam olmasa satışına icazə verilməyəcək”.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG