Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

Pele FİFA prezidenti Seep Blatteri təşkilatdakı fəaliyyəti dövründə korrupsiya qalmaqalı ilə bağlı hərtərəfli hesabat verməyə çağırıb.

Üçqat dünya çempionu olan Pele FİFA komitəsinin xüsusi məsləhətçisidir.

O Sky Sports-a müsahibəsində deyib ki, o təşkilata Franz Beckenbauerlə birlikdə kömək eləmək üçün gəlib,amma baş verənlər gördüyünüz kimi çox kədərlidir: ”Mən məhz nə baş verdiyini bilmirəm,siz eşidirsiz,amma nə baş verdiyini bilmirsiniz. Amma son iki ildə baş verənləri bilmək üçün Blatter ədalətli olub, gördüklərini deməlidir”-deyə o vurğulayıb.

Qeyd edək ki, Seep Blatter bu ilin mayında yenidən FİFA prezidenti seçilsə də korrupsiya qalmaqalına görə istefa verməli oldu.

Onun istefasından əvvəl təşkilatın Sürixdəki ofisində axtarış aparıldı və qurumun 10-a yaxın rəsmisinə qarşı ittiham irıli sürüldü.

Bu günlərdə isə təşkilatın baş katibi Jerome Valcke müvəqqəti işdən kənarlaşdırılıb və ona qarşı istintaq başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG