Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Misir prezidenti Abdel Fattah al Sisi Əl-Cəzirə televiziyasının kanadalı jurnalisti Mohamed Fahmyni əfv edib.

Əfv fərmanına ümumilikdə 100 nəfər düşüb.

Bu barədə jurnalistin vəkili Khaled Abu Bakr məlumat verib.

Prezident əfv fərmanını BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sesiyasına yollanmazdan 1 gün öncə verib.

Fəhmi və Əl-Cəzirə televiziyasının digər jurnalistləri ötən ay lisenziyasız fəaliyyət göstərmək və ölkənin mənafeyinə ziyan vuran materiallar yaymaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdilər.

Jurnalistlər ittihamları rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər.

Amma Fəhminin həmkarı Baher Muhammadin əfv fərmanına düşüb-düşmədiyi hələlik bəlli deyil.

Jurnalistlərin həbsi beynəlxalq aləm tərəfindən kəskin tənqidlə qarşılanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG