Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:51

Avropa Şurasının sədri Donald Tusk Avropa Birliyi ölkələrini birləşməyə və birliyin növbədənkənar iclasında miqrant böhranını həll etməyə çağırıb.

Donald Tusk Avropa Birliyi ölkələrinin prezidentləri və baş nazirlərinə yazdığı məktubda bildirir ki, bir-birimizi hansısa məsələlərdə günahlandıra bilmək üçün uzun siyahı var, amma bu ümumi həll tapmaqda bizə kömək etməyəcək.

Avropa Birliyi ölkələrinin liderləri sentyabrın 23-də Brüsseldə Avropada qaçqın böhranını müzakirə edirlər.

Birliyin daxili işlər nazirləri sentyabrın 22-də yaxın 2 il ərzində əlavə 120 min qaçqının yerləşdirilməsi barədə plan qəbul ediblər.

Çexiya, Slovakiya,Macarıstan və Rumınya qaçqınların qəbulu ilə bağlı məcburi kvota nəzərdə tutan planın əleyhinə səs veriblər.Finlandiya isə bitərəf qalıb.

Slovakiyanın baş naziri Robert Fico bildirib ki, nəqədər ki, bu vəzifədədir, kvotanı qəbul etməyəcək.

Təkcə bu il Avropaya 500 mindən çox qaçqın gəlib.

Onların əksəriyyəti müharibə gedən Suriya, İraq və Əfqanıstandandır.

Qaçqınların əksəriyyəti Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG