Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:22

Moskvada yeni məscidin açılışı oldu


Russia -- New Cathedral mosque of Moscow

Russia -- New Cathedral mosque of Moscow

Sentyabrın 23-də Moskvada 10 ildir ki, bərpa olunan məscidin açılışı olub.

Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Racep Tayyep Erdogan, Qazaxıstan və Fələstin prezidentləri və digər müsəlman ölkələrinin rəsmiləri iştirak ediblər.

Mərasimdə ABŞ-ın Rusiyadakı səfiri John Tefft də iştirak edib.

Bu Avropada ən böyük məsciddir.

Bərpa işlərindən sonra məscidin ərazisi 20 dəfə böyüyərək, 19 min kv metr olub.

Burda eyni vaxtda 10 min adam ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir.

Rəsmi məlumata görə Məscidin bərpası 170 milyon dollara başa gəlib və bunun böyük hissəsini biznesmen Süleyman Kərimov verib.

Həmçinin Türkiyə və Fələstin Muxtar əraziləri məsçidin bərpasına vəsait ayırıblar.

İslam dindarların sayına görə, Rusiyada ikinci böyük dindir.

Müxtəlif məlumatlara görə ölkədə hazırda Rusiyada bu dinə itaət edən 15-23 milyon arası Rusiya vətəndaşı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG