Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:28

«Azərbaycanla sərt danışmağın vaxtıdır»


Milli Şuranın mitinqi - 2014.

Milli Şuranın mitinqi - 2014.

-

«Bu günlər Azərbaycandan əsasən qara xəbərlər gəlir». politico.eu saytı Richard Kauzlarich və David Kramer-in məqaləsini dərc edib. Kauzlarich ABŞ-ın Azərbaycanda keçmiş səfiri olub. Kramer isə «Freedom House» təşkilatının keçmiş prezidentidir, hazırda MakKeyn Beynəlxalq Liderlik İnstitutunun direktorlarından biridir.

Müəlliflər Azərbaycandan gələn qara xəbərlər sırasında jurnalist Rasim Əliyevin öldürülməsini, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, jurnalist Xədicə İsmayılın absurd ittihamlarla məhkum edilməsini sadalayırlar. ATƏT DTİHB noyabrın 1-də parlament seçkilərini müşahidə etməyəcək və seçkilər ciddi kənar monitorinq olmadan keçiriləcək.

«2013-cü ilin oktyabrında saxtalaşdırılmış prezident seçkisindən sonra İlham Əliyev rejimi qəzəblə xarici və yerli «düşmənlər»ə qarşı mübarizə aparıb. Müxalifət fiqurları, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları böhtana, təqibə məruz qalıb, onlarla dövlətin düşmənləri kimi rəftar olunub. Onlardan birinin ən böyük bədəli ödəməsi yalnız zaman məsələsiydi».

Müəlliflər hətta ölkədən qaçanların belə Əliyev rejiminin sərt əlini hiss etdiyini vurğulayır. Meydan TV-nin direktoru, Berlində yaşayan Emin Milli ölüm hədələri aldığını deyir. Bu media orqanıyla əməkdaşlıq edənlər dindirilir.

Yazı müəllifləri ABŞ Dövlət Departamentini zəif bəyanatlarına görə tənqid edir. Bütün baş verənləri ən güclü ifadələrlə pisləmək əvəzinə ABŞ Bakıya üç təmsilçisini – xüsusi elçi Amos Hochstein, Dövlət katibinin köməkçisi Richard Hoagland və Müdafiə naziri köməkçisinin müavini Evelyn Farkas-ı göndərib. Onlar Bakıda enerji, Transxəzər, təhlükəsizlik məsələlərini müzakirə ediblər.

«İnsan haqlarının durumunun gün-gündən pisləşməsinə baxmayaraq, Farkas Azərbaycanı Birləşmiş Ştatların «strateji tərəfdaşı» adlandırıb. Sakit diplomatiyanın təsiri yoxdur. ABŞ-ın insan haqları pozuntularından «dərin narahat» olduğunu göstərən bəyanatlar səmərə vermir. ABŞ-ın yüksəkrütbəli rəsmilərinin səfərləri Birləşmiş Ştatların rejimə dəstəyi kimi görünür, insan haqları pozuntularından danışanlar isə antiazərbaycançı, yaxud daha pis terminlərlə aşağılanır. Bu çıxılmaz durumu qırmaq gərəkdir. İnsan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır. Rejimin mərkəzində duran kütləvi korrupsiya araşdırılmalıdır. Siyasi məhbuslar buraxılmalıdır. ABŞ və Avropa Birliyi birlikdə sözdən hərəkətə keçməlidir».

Vladimir Putin.

Vladimir Putin.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını, bütün fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

RUSİYA İLƏ İŞLƏMƏDƏN SURİYADA SÜLH MÜMKÜN DEYİL

«Rusiyasız Suriyada sülh ola bilməz. İranla yanaşı, Rusiya da Assad rejiminin ən sadiq və sarsılmaz dəstəkçisi olub. «Rus ayısı» ilə hesablaşmadan nə Amerikanın irəli sürdüyü, nə də başqa təşəbbüs alınacaq».

Bunu «The New York Times» qəzetində Toni Bler İnam Fondunun baş müşaviri Ed Husain yazır.

Müəllifin fikrincə, Rusiya üçün Suriya münaqişəsi uzaq bir savaş deyil. Putin utancaq liberal deyil, o, Qafqazdakı qeyri-sabit regionlar, vuruşqan çeçenlər ilə Rusiyaya hücum etmək istəyən cihadçılar üçün təlim meydanı olan İŞİD arasındakı əlaqəni görür. Yaxın Şərqlə əlaqələndirilən daxili terrorçuluq yalnız Qərbi narahat etmir. Rusiyanın da eyni qorxuları var.

«Suriyaya sülh və sabitliyin gətirilməsi, İŞİD-in məhvi … məsələlərində Qərb Rusiya ilə tam əməkdaşlıq etməlidir. Ukrayna ilə bağlı fikir ayrılıqları ekstremizmin yayılmasına imkan verməməlidir. Bu, təkcə Suriya, Türkiyə, İraq və Livanda deyil, Qərbdə, bizim şəhərlərdə, eləcə də Rusiyada baş verəcək. Suriyanın qətl sahələrində müharibəni dayandırmaq naminə Rusiya ilə hörmətlə və səmimiyyətlə işləmək vaxtıdır».

Miqrant qız Macarıstanda Almaniya kansleri Angela Merkel-in şəklinin tutur – 2015.

Miqrant qız Macarıstanda Almaniya kansleri Angela Merkel-in şəklinin tutur – 2015.

MERKEL-İN QAÇQIN SİYASƏTİ AVROPANI PARÇALAYIR

Almaniyanın «Spiegel» dərgisi kansler Angela Merkel-in Avropaya qaçqın axını ilə bağlı siyasətini incələyən məqalə dərc edib.

«Almanlar kanslerlərini rasional qərarverən kimi tanıyırdılar. Ancaq qaçqın böhranında şəfqətlə hərəkət edən yeni bir Merkel peyda oldu. Getdikcə emosiyaya qapılan Merkel-in səhvə doğru yönəldiyi görünür», - məqalədə oxuyuruq.

Müəlliflər ölkə əhalisinin qaçqın eyforiyasının öləzidiyini, Almaniyanın sərhədini möhkəmləndirdiyini qeyd edirlər. Alman əyalətləri federal yardımım yetərli olmamasından məyusdurlar, Merkel-in partiyası daxilində onun açıq qapı siyasətinə qarşı çıxanlar var.

«Bu il Almaniyaya bir milyon qaçqın gələcək. Öhdəsindən gələcəyik? Merkel deyib ki, bacararıq, ancaq taktika və hesablamaya dayanmayan belə bəyanatlar kansler üçün yeni sayıla bilər».

Müəlliflər eyni zamanda Merkel-in insanpərvər bəyanatlarının boşuna getmədiyini, bəzi siyasətçiləri utandırdığını yazır. Hətta İsraildə belə dinindən asılı olmayaraq suriyalı qaçqınların qəbul edilməsi üzrə debatlar başlanıb. Baş nazir Benjamin Netanyahu ideyanı qəti rədd etsə də, tarixçi Segev deyir: «Qaçqınlarla rəftarı Almaniyadan öyrənməliyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG