Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

-

Sentyabrın 25-də başlanan BMT Baş Assambleyasında əvvəlki illərdən fərqli olaraq bir sıra “ulduz çıxışçılar” olacaq. Papa, Rusiya, Çin, İran, Almaniya liderləri çıxış edəcək.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib ki, adətən BMT məclisində təmsilçilik yüksək səviyyədə olur, “ancaq bu il, məncə, rekordlar qırılır”.

Papa Francis sentyabrın 25-də çıxış edəcək. Çin lideri Xi Jiping də BMT-də debüt çıxış edir.

Elə Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, İran və Kuba liderləri də BMT-də nadir görünən siyasətçilərdir.

Putin-in çıxışı sentyabrın 28-də baş tutacaq. Onun Suriya münaqişəsindən, terrorçuluqla mübarizədə birləşməyin zəruriliyindən danışacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG