Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 01:53

Serbiya-Xorvatiya yolunu bağladılar


Xorvatiyanın sərhəddə saxladığı yük maşınları, 22 sentyabr, 2015-ci il

Xorvatiyanın sərhəddə saxladığı yük maşınları, 22 sentyabr, 2015-ci il

-

Günlərdir Xorvatiyanın Serbiya ilə sərhədində gözləyən yük maşınlarının sürücüləri sentyabrın 22-də gecə iki ölkə arasındakı magistral yolu bağlayıblar.

Serbiyanın TV RTS dövlət televiziyası Belqrad-Zaqreb şosesinin bağlandığını göstərib. Bu aksiyadan bir neçə saat öncə isə Xorvatiya hökuməti sentyabrın 21-də yük daşınmasına qoyduğu qadağanı qismən qaldırıb.

Adının Emin olduğunu deyən sürücü bildirib ki, etiraza əl atmaqdan başqa yolları qalmayıb, günlərdir sərhəddə gözləyiblər.

Sentyabrın 22-dən isə Belqrad qaçqınları idarə etmək üçün AB-dən dəstək də almağa başlayıb. Serbiya çarpayı, döşək, gigiyenik vasitələr, ərzaq, yanacaq istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG