Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

-

ABŞ senatoru Ted Cruz deyir ki, Ağ Evin İranla nüvə sazişinin “gizli tərəfləri”ni açması üçün Konqres hökumətin işinin müvəqqəti dayandırılmaqla hədələməlidir.

Prezidentliyə namizəd olan respublikaçı sentyabrın 22-də deyib ki, yalnız administrasiya İranın nüvə obyektlərinin təftişinə dair kənar razılaşmaları açıqlayandan sonra Konqres gələn il üçün hökumətə pul ayırmalıdır.

Cruz deyir ki, prezident Barack Obama bu tələbə əməl etməsə, hökumətin bağlanmasına əslində o, səbəb olacaq.

Ağ Ev bildirir ki, onda Cruz-un istədiyi sənədlər yoxdur.

İranla BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi həssas hərbi obyektlərin təftişi üçün çərçivə razılaşdırıb. Agentlik bunu konfidensial saxlayır.

Cruz və Konqresdəki müttəfiqləri əvvəllər də təcili büdcə layihələrindən istifadə edərək Obama-nın səhiyyə proqramının ləğvinə çalışıblar. Proqram keçib, ancaq bu, hökumətin müvəqqəti bağlanmasına səbəb olub.

Oktyabrın 1-də gələn ilin büdcəsinə baxılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG