Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:58

-

Sentyabrın 23-ə keçən gecə şair Məmməd Aslan vəfat edib. Bu haqda APA-ya şairin qohumları məlumat verib.

O, uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib. Məmməd Aslanla vida mərasimi sentyabrın 23-də saat 11-12 radələrində "Göy Məscid"də keçiriləcək.

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunda anadan olub. Rayonun Yanşaq, İstisu məktəblərində müəllim işləyib. Daha sonra rayonda nəşr olunan "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb. "Yazıçı" nəşriyyatında böyük redaktor, Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG