Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

-

Sentyabrın 23-də Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarının 1\4 final mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq. Xəbəri Dünya Kubokunun mətbuat xidməti yayıb.

Sergey Karyakin 1\4 finalda Şəhriyar Məmmədyarova rəqib olması haqda Dünya Kubokunun saytına bunları deyib: "Şəhriyar mənim dostumdur. Yaxşı şahmatçıdır. Ancaq oyunda dostluq unudulacaq. Hər bir şahmatçı Dünya Kubokunun finalında oynamaq istəyir. Etiraf edim ki, mən ona, Şəhriyar da mənə qalib gəlməyə çalışacaq. İkimizdən biri yarışı tərk etməlidir. İndiyə qədər keçirilən görüşlərə nəzər salsaq, ümumi nəticə Məmmədyarovun xeyrinə olar. Mənim üçün asan olmayacaq. Çünki, zaldakı bütün azarkeşlər Şəhriyarın qələbə qazanmasını istəyəcək. Dünya Kubokunda kifayət qədər inamlı təsir bağışlayır. Ona görə duelimiz maraqlı olacaq. Məmmədyarovla oynamaq asan deyil".

Digər tay-breyklərdə ukraynalı Pavel Elyanov rusiyalı Dmitri Yakovenkoya, hollandiyalı Aniş Qiri polşalı Radoslav Voytaşekə qalib gələrək 1/4 finala çıxıblar. Çin şahmatçısı Din Lijen və Vey İ arasında görüşün qalibi müəyyən edilmədiyindən onlar blits oynayacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG