Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

İcbari qaçqın kvotası tənqid olunur


Avropa İttifaqı daxili işlər nazirlərinin iclası gərgin keçib

Avropa İttifaqı daxili işlər nazirlərinin iclası gərgin keçib

Mərkəzi Avropa ölkələri 120 min qaçqının Avropa İttifaqı ölkələri arasında icbari qaydada bölüşdürülməsinə dair daxili işlər nazirlərinin qərarını kəskin tənqid edirlər.

Razılaşmaya əsasən, Yunanıstan, İtaliya və Macarıstana gəlmiş miqrantlar İttifaqın başqa ölkələrində yerləşdirilməlidirlər.

Lakin Rumıniya, Çexiya, Slovakiya və Macarıstan məcburi kvotanın əleyhinə səs verib.

Təhlilçilər bildirirlər ki, İttifaqa üzv ölkələrin suverenlik məsələsinə dair qərarın adi çoxluqla qəbul edilməsi indiyədək misli görünməmiş hadisədir.

Praqa radiosunun xəbərinə görə, Çexiya məcburi qaçqın kvotası ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilər.

Polşa qərardan narazı olsa da, onun lehinə səs verib.

Macarıstan qərarın əleyhinə səs verməsinə baxmayaraq, məcburi kvotanı qəbul edəcəyini bildirib.

XS
SM
MD
LG