Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

Avropa Birliyi ölkələrinin daxili işlər nazirləri böyük səs çoxluğu ilə miqrantların üzv ölkələr arasında bölünməsi ilə bağlı qətnamə qəbul ediblər.

Sentyabrın 22-də qəbul edilmiş sənəddə əlavə 120 min qaçqının qəbulu və yerləşdirilməsi nəzərdə tutulur. Planın yaxın 2 il ərzində qüvvəyə minəcəyi gözlənilir.

Çexiya, Slovakiya, Macarıstan və Rumınya planın əlehinə səs verib, Finlandiya isə bitərəf qalıb.

Amma plan əksəriyyət səslə qəbul edilib.

Təkcə bu il Avropa Birliyi ölkələrinə 500 mindən çox qaçqın gəlib.

Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG