Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

Avropa rəsmiləri media rəhbərləri ilə görüşüb


Avropa Şurası Parlament Assambleyasının Bakıda səfərdə olan seçki qabağı missiyası Azərbaycanın bir neçə media qurumunun rəhbəri ilə görüşüb.

Görüşdə "APA Holding", "Yeni Müsavat" və "Yeni Azərbaycan" qəzetləri, Azərbaycan Jurnalistlər Birliyi və "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbərləri iştirak ediblər.

Görüşdə ölkədəki seçkiqabağı siyasi vəziyyət, media mühiti, mətbuatın hazırkı durumu, sosial şəbəkələrin seçkilərdə rolu və s məsələlər müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti bundan əvvəl MSK və Milli Məclisdə də bir sıra görüşlər keçirib.

Azərbaycanda növbəti parlament seçkisi bu il noyabrın 1-də keçiriləcək.

XS
SM
MD
LG