Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Taleh Bağırzadə sərbəst buraxılıb


«Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Tale Bağırzadə sentyabrın 22-də Milli Təhlükəsizlik Nazirliyində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib.

Onun sözlərinə görə suallar, ümumilikdə Azərbaycanda gedən proseslər, xüsusilə də dini camidə gedən söhbətlər , onların elədiyi çıxışlar ,radikallaşma və İslam Dövləti Qrupu ilə bağlı olub.Tale Bağırzadə deyir ki, dindirilərkən ona qarşı elə bir təzyiq olmayıb:” Biz hicab problemi, şəxsiyyət vəsiqələri və pasportlarda şəkillərlə bağlı iradlarımızı bildirdik və dedik ki, gərginliyi aradan qaldırma üçün bu problemlər həll olunmalıdır”.Taleh Bağırzada bu yöndə mübarizənin davam etdirəcəyini deyir.

Qeyd edək ki, ilahiyatçı bundan əvvəl də həbsdə olub və bu il iyulun 30-da azadlığa buraxılıb.

O, 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz narkotik vasitə saxlamada ittiham olunurdu.

XS
SM
MD
LG