Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:25

Meydan TV internet televiziyası ilə əməkdaşlıq edən jurnalistlər Sevinc Vaqifqızı, İzolda Ağayeva və Aytən Fərhadova bu gün sentyabrın 22-də yenidən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağırılıblar.

Onlar idarəyə hüquqi nümayəndələri Namizəd Səfərovla birlikdə gediblər.

Dindirildikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, qızlar sentyabrın 20-nə keçən gecə də Kiyevdən qayıdarkən saxlanılıb və 12 saatdan sonra sərbəst buraxılıblar.

Onlara Mingəçevir hadisələri və Meydan TV-nin fəaliyyəti ilə bağlı sorğu-sual ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG