Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:44

Əli Əhmədov apteklərə baxış keçirdi


Əli Əhmədov (sağda) apteklərə baxış keçirdi

Əli Əhmədov (sağda) apteklərə baxış keçirdi

-

Baş nazirin müavini Əli Əhmədov sentyabrın 22-də paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb.

«Zeytun» aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib:

«Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək».

Buna da bax: Azərbaycanda yenə devalvasiya gözlənir- AİB

Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir:

«Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir». /AZƏRTAC/

Əli Əhmədov (soldan ikinci) apteklərə baxış keçirdi

Əli Əhmədov (soldan ikinci) apteklərə baxış keçirdi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG