Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Əfqanıstan rəsmiləri ölkənin şimalında törədilən hücum nəticəsində azı 10 əsgərin öldüyünü deyirlər.

Jawzjan əyalətinin rəsmisi hücumun sentyabrın 22-i səhər saatlarında törədildiyini bildirir.

Yaraqlılar nəzarət-buraxılış məntəqəsinə soxulub və atışma baş verib.

Həmçinin atışmada bir neçə yaraqlının öldürüldüyü xəbər verilir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu əyalət Türkmənistanla sərhəddə yerləşir və digər bölgələrlə müqaisədə sakit ərazi sayılır.

Amma son vaxtlar əyalətin bəzi rayonlarında talibançıların artdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG