Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

-

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi antiterror əməliyyatı nəticəsində 5 Azərbaycan vətəndaşı tutulub.

Nazirlik iddia edir ki, onlar 2013-2015-ci illərdə Suriyada və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən «İslam Dövləti» (İŞİD), «Cəbhətül-Nusra» və «Cundu Şam» terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən CM-nin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanan şəxslərin bu ittihamları qəbul edib-etməməsi barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG