Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:11

Chuck Palahniuk’dan gənc yazıçılara məsləhətlər


- Müasir amerikalı yazıçı Chuck Palahniuk:

1. Zəngli saatı qurun. Yazmaq istədiyiniz vaxtı (məsələn, bir saat) təyin edin, həmin vaxtın başlanğıcında və sonunda saat vursun.

Saat keçənə, zəngli saat çalana qədər oturub yazın. Əgər görsəniz ki, saat bitdi, zəng çalınır, siz isə yazmaqdasınız, bu sizə son dərəcə böyük zövq verəcək.

Əgər hekayənizdəki növbəti hadisəni bilmirsinizsə, yataq dəstinizi dəyişdirin, kompüterinizin tozunu alın. Ağlınıza mütləq daha yaxşı fikir gələcəkdir.

2. Fərqli hekayə formalarından istifadə edin. Oxucular düşündüyünüzdən ağıllıdırlar. Fərqli zamanlama və hekayə formaları seçməkdən çəkinməyin.

Mənim şəxsi fikrimə görə, gənc oxucular indi əvvəlki oxuculardan axmaq olduqlarına görə deyil, daha ağıllı olduqlarına görə bəzi kitabları oxumurlar.

Filmlər hekayə nəql etmək mövzusunda bizi maarifləndirdi. Bu səbəbdən indi oxucuları təəccübləndirmək təsəvvür etmədiyimiz qədər çətinləşib.

3. Hekayənin skeletini oturtduqdan sonra yazmağa başlayın. Bir səhnəni yazmağa oturmazdan əvvəl onun hekayənizdə nə məna verdiyini çözün. Nəyi daha əvvələ salsanız, səhnə sizə nəticə verəcək?

Hansı səhnə daha sonra yer almalıdır? Sizin qurduğunuz konflikti hansı şəkildə daha da uzatmaq olar? İşləyəndə, maşın srəndə, musiqiyə qulaq asanda ağlınızda yalnız bu sual olsun. Fikirlərinizi qeyd edin.

4. Özünüzü təəccübləndirin: Əgər hekayəni sizi heyrətə sala biləcək bir nöqtəyə gətirə bilsəniz, yaxud hekayə sizi ora gətirə bilsə, oxucularınız da heyrətlənəcəklər.

Yaxşı planlaşdırılmış heyrət doğuran bir səhnə sizin o çoxbilmiş oxucularınızın fikirlərini dəyişdirəcək.

5. İlişəndə əvvəl yazdığınız səhnələri bir də oxuyun: Orada kənarda qalmış xarakterlərdən birini təkrar canlandırın, “basdırılmış silahlar” kimi.

“Döyüş klubu”nun sonunu yazanda bir ideyam yox idi. İlk səhnəni təkrar oxudum, onda nitronun parafinlə qarışdırılmasıyla bağlı bir fikri xatırladım, bu, plastik partlayıcı qayırmağın qeyri-dəqiq bir metoduydu...

6. Yazmağı hər həftə şənlik düzənləmək üçün bəhanə edin: Məsələn, istəsəniz dostlarınızla təşkil etdiyiniz bir partiyə emalatxaxna, atelye deyə bilərsiniz. Yazmanıza dəyər verən və sizi dəstəkləyən insanlarla zaman keçirin.

Bu, yazan vaxt tək-tənha keçirəcəyiniz zamanı tarazlayacaq. Əgər bir gün yazdığınız mətni satsanız, tək keçirdiyiniz zamanı qarşılayacaq bir məbləğ almayacaqsınız. “Əmək haqqınızı” qabaqcadan alın, yazmağı insanlarla birlikdə vaxt keçirmək üçün bəhanə kimi işlədin.

7. Özünüzü naməluma buraxın: Bu kiçik məsləhət yüzlərcə məşhur yazıçıdan Tom Spanbauer’a, ondan mənə, məndən də sizə. Bir hekayəyə forma verməyə izn verməniz hekayənin sonunu şəkilləndirməyinizə imkan verir.

Tələsməyin, bir hekayə və ya kitabı bitirmək üçün özünüzü məcbur hiss etməyin. Bilməyiniz gərək olan yeganə şey növbəti bir və ya bir neçə səhnədir. Başdan sona bütün səhnələri bilməyinizə gərək yoxdur.

8. Xarakterlərin adlarını dəyişdirin: Əgər hekayədə daha çox sərbəstliyə ehtiyac duyursunuzsa, bütün xarakterlərin adlarını dəyişdirin. Xarakterlər həqiqi deyillər və onlar siz də deyilsiniz.

Qəhrəmanların adlarını dəyişdirmək bu xarakterlərə məsafə qoymanıza səbəb olur və beləcə, onlara hər cür əzab verə bilərsiniz. Yaxud əgər hekayədə doğrudan da ehtiyac varsa, bir xarakteri yox edin, öldürün getsin.

9. Üç cür təhkiyə formasından istifadə edin: Əmin deyiləm, amma bir seminarda eşitdiyim bu məsləhət mənə məntiqli görünür. Bu üç forma: Təsviredici [descriptive], öyrədici [instructive] və canlı nəqletmədir [expressive].

Təsviredici: Günəş qalxmışdı. Öyrədici: Yavaş get, qaçma. İfadəedici: Off.

Bir çox yazıçılar bu formaların br və ya ikisindən istifadə edirlər. Siz üçündən də istifadə edin. Hamısını bir-birinə qarışdırın. Çünki insanlar belə danışırlar.

10. Oxumaq istəyəcəyiniz bir kitab yazın: Sizin də oxumaq istəməyəcəyiniz şeyləri niyə bir başqası, üstəlik, pul verib oxumaq istəsin.

11. Kitab qapağı fotonuzu çəkdirin: Kitabın qapağında olmasını istədiyiniz fotonuzu çəkdirin, onun neqativini və müəllif haqqını alın.

12. Həqiqətən də sizin qanınızı qaraldan mövzular haqda yazın: Onlar yazmağa dəyən yeganə şeylərdir. “Təhlükəli yazmaq” adlı kursunda Tom Spanbauer həyatın bizim özümüzdən heç nə artırmadan ənənəvi və sıxıcı şeyləri yazmağa xərcləməyəcək qədər dəyərli olduğunu tez-tez xatırladırdı.

Tom çox şeydən danışırdı, amma mən bir hissəsini az-çox yadda saxlamışam. Yazmaq məqsədi [Manumission] sənətinin məğzi bir oxucunu hekayədəki hadisələr arasında hərəkətə keçirmək üçün istifadə olunan səy və diqqətdir.

Həqiqətən də qanınızı qaraldan mövzularda yazın. Tam başa düşmədiyimiz mövzularda danışmaq çox narahat olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG