Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

“Bütün xarici qüvvələr Əfqanıstandan çıxsın”


Mullah Akhtar Mohammad Mansour

Mullah Akhtar Mohammad Mansour

-

Talibanın yeni lideri deyir ki, yalnız bütün xarici qüvvələr gedəndən sonra Əfqanıstanda sülh əldə oluna bilər.

Mullah Akhtar Mansur onu da bildirib ki, Kabil hökuməti və digər ölkələr arasındakı bütün hərbi və təhlükəsizlik sazişləri ləğv olunmalıdır.

Mansur sentyabrın 22-də Qurban bayramından öncə yaydığı bəyanatda belə deyib.

Ötən ilin dekabrında NATO Əfqanıstanda döyüş əməliyyatlarını bitirib, əsgərlərinin çoxunu çıxarıb. Ancaq əfqan əsgərlərə təlim keçmək məqsədilə bir neçə min hərbçi qalmaqdadır.

Mansur Talibanı birləşməyə çağırıb.

Taliban komandirlərindən bəziləri Mansur-a qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG