Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:57

Bayram namazının vaxtı açıqlandı


Təzə Pir
Təzə Pir

-

Bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da Bakının «Təzə Pir» məscidində qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin.

Nazirləri Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı sentyabrın 24-25-də qeyd ediləcək.

Qurban bayramı İslamın Ramazan bayramı ilə bərabər iki müqəddəs bayramdan biridir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvan ətinin üçdə bir hissəsi ev yiyəsində qalmaq şərti ilə, qalanı yoxsullara paylanılır.

XS
SM
MD
LG