Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

“Yaponiya tarixi reallıqları tanısın”


Sergey Lavrov (solda) və Fumio Kishida, arxiv fotosu

Sergey Lavrov (solda) və Fumio Kishida, arxiv fotosu

-

Rusiya deyir ki, Yaponiya ilə sülh sazişi üzrə danışıqlara hazırdır, ancaq iki ölkənin ərazi mübahisəsində kompromisə yer yoxdur.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bunu sentyabrın 21-də Moskvada yapon həmkarı Fumio Kishida ilə danışıqlardan sonra söyləyib.

Rusiya 2-ci Dünya Müharibəsinin sonunda Yaponiyadan Kuril adalarını alıb və o vaxtdan iki ölkənin münasibətləri gərgin olaraq qalır.

“Sülh sazişi əldə etmək gündəmdədir,” Lavrov deyib. “Bu məsələ üzrə irəliləyiş yalnız o zaman mümkün olar ki, Yaponiya tarixi reallıqları tanısın”.

Nazirlər gələn ay sülh sazişi üzrə ikitərəfli məsləhətləşmələr keçirməyə razılaşıblar. Onlar Rusiya prezidenti Vladimir Putin-in Yaponiyaya səfərini də müzakirə ediblər. Lavrov deyib ki, Kreml dəvəti qəbul edib, konkret tarixi Tokio müəyyənləşdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG