Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Pakistanda 9 nəfər ölümə məhkum edilib


Pakistanda qətl törədilmiş məktəb bu ilin yanvarında yenidən açıldı

Pakistanda qətl törədilmiş məktəb bu ilin yanvarında yenidən açıldı

-

Pakistan hərbi tribunalı 9 nəfəri terrorçuluqda təqsirli bilərək ölüm cəzasına məhkum edib. Ordunun sentyabrın 21-də yaydığı məlumata görə, təqsirli bilinənlər “ağır terrorçulardır”, onlarla dinc sakini, hüquq-mühafizə əməkdaşını qətlə yetirib.

Həmin şəxslərin bir sıra qadağan olunmuş qruplaşma üzvləri olduqları bildirilir. Harkat-ul-Jehad-e-Islami və Tehreek-e-Taliban Pakistan da həmin qruplaşmalar sırasındadır.

Bu şəxslərin törətdikləri cinayətlər sırasında ordu karvanına hücum, təriqət hücumları sadalanır.

Pakistanda ötən dekabrda Taliban silahlılarının məktəbə hücumu və 134 uşağı qətlə yetirməsindən sonra hərbi məhkəmələrə şübhəli yaraqlıları mühakimə etmək hüququ verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG