Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:09

Nigeriyada azı 80 nəfər həlak olub


Nigeriyanın şimalındakı Borno ştatında törədilmiş bir neçə bomba partlayışları nəticəsində azı 80 nəfərin öldüyü, daha 150 nəfərin yaralandığı xəbər verilir.

Nigeriyanın şimalındakı Borno ştatında törədilmiş bir neçə bomba partlayışları nəticəsində azı 80 nəfərin öldüyü, daha 150 nəfərin yaralandığı xəbər verilir.

Bu ştat Nigeriyada Boko Haram islamçılarının əsas istehkamı sayılır. Xəbər verilir ki, prezident Muhammadu Buhari may ayında hakimiyyətə gələndən bəri Boko Haram üzvü olduqları güman edilənlər tərəfindən 800 nəfər qətlə yetirilib.

Ştatın mərkəzi şəhəri Maydiquridə törədilmiş bomba partalyışında 54 nəfər həlak olub.

İki saat sonra 135 kilometr aralıda olan Monquno şəhərinin bazarında daha iki bomba partladılıb.

Bu hücum nəticəsində daha 27 nəfərin öldüyü xəbər verilir.

Partlayışlar üçün məsuliyyəti öz üzərinə heç bir təşkilat götürməsə də, təhlükəszlik qüvvələrinin fikrincə hücumlar Boko Haramın dəsti-xətti ilə həyata keçirilib.

Ümumilikdə, Boko Haramın silahlı basqınlıarı nəticəsində minlərlə insan öldürülüb və 2, 1 milyon insan didərgin düşüb.

Xəbər verilir ki, hökumət qoşunlarının Boko Haram üzərinə həmlələri nəticəsində son həftələrdə silahlı basqınların sayı azalmışdı.

XS
SM
MD
LG