Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Macarıstan parlamenti ordunun qanunsuz miqrantlara qarşı rezin güllələrdən istifadə etməsinə icazə verən qanun qəbul edib.

Sentyabrın 21-də qəbul edilmiş qərara əsasən ordu sərhədi qanunsuz keçən miqrantları nəzarətə götürərkən qeyri döyüş silahları, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edə bilər.

Bundan başqa polis miqrantları saxlamaq üçün şəxsi evlərdə reydlər keçirə bilər.

Macarıstan sentyabrın 15-dən qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhədi bağlayıb.

Təkcə bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyi ölkələrinə 500 mindən çox qaçqın gəlib.

Onların əksəriyyəti İtaliya, Yunanıstan, Serbiya və Macarıstan vasitəsi ilə Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG