Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

Moskva Dəməşqdəki səfirliyinin həyətinə mərmi düşməsi ilə bağlı konkret hərəkətə çağırıb.

Rusiya xarici işlər nazirliyinin sentyabrın 21-də yaydığı bəyanatda bildirilir ki, mərmi sentyabrın 20-də prezident Bashar Assada qarşı mübarizə aparan qüvvələr tərəfindən atılıb.

Nazirliyin nümayəndəsi səfirliyə ziyan dəymədiyini bildirir.

Nazirlik beynəlxalq aləmibu terror aktına konkret reaksiya verməyə çağırıb.

Nazirliyin rəsmisi deyib ki, indi sadəcə söz demək yox, konkret hərəkət lazımdır.

İnsident Rusiyanın Suriyada hərbi iştirakının genişlənməsi və Qərbin bundan narahat olması fonunda baş verib.

Moskva bildirib ki, Suriyaya hərbi köməkdə məqsəd İslam Dövləti qrupu ilə mübarizə aparmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG