Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

Çəkisi 5 tondan artıq olan, dövlət əhəmiyyətli obyektlərin inşası ilə bağlı tikinti materialları daşıyan, o cümlədən tranzit yük maşınları gündüz saatlarında Bakıya müəyyən qayda əsasında buraxılır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yeni qaydalara əsasən çəkisi 5 tondan artıq olan yük maşınları gündüz saatlarında şəhərə xüsusi icazə əsasında buraxılacaq.

Qeyd edək ki, yeni qaydalara əsasən mayın yük maşınlarının Bakıya girişi mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG