Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:07

iPhone 6s və iPhone 6s Plus bu cümə günü, səhər saat 8-dən etibarən Apple-ın pərakəndə satış mağazalarında satışda olacaq.

Şənbə günündən etibarən isə apple.com –a daxil olub yeni telefonları almaq mümkündür.

Apple-ın rəsmisi Philip Schiller deyib ki, iPhone 6s və iPhone 6s Plus İphone seriyasından indiyə qədər istehsal olunmuş ən mütərrəqqi telefonlardır.

Hələlik telefonları ancaq Çin, Hong Kong, Yaponiya, ABŞ-da vergidən azad dövlətlərində, Kanada, Çin, Fransa, Almaniya,Yeni Zelandiya, Puerto Riko, Sinqapur və Böyük Britaniyada almaq mümkündür.

Proqnoza görə yeni telefonların satışı 10 milyonu keçəcək.

iPhone 6s və iPhone 6s Plus ilk baxışda İphone 6-a bənzəsə də, yeni telefonlarda 3D Touch funksiyası, o cümlədən 4K video çəkməyə imkan verən 12 meqapiksellik kamera var. Yeni cihazların inkişaf etdirilmiş A9 prosessoru, 2 qiqabaytlıq RAM-ı telefonlara daha sürətli işləməyə imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG