Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:01

Polşanın baş naziri Ewa Kopacz müxalifətin tənqidlərinə baxmayaraq xalqa müraciətində deyib ki, Polşa hökuməti qaçqın məsələsində Avropa Birliyi qarşısında məcbur yox, amma ona həmrəy olmalıdır.

O həmçinin bildirib ki, Polşa yalnız ölkəsində təhlükədə olan qaçqınları qəbul edəcək.

İctimai rəy sorularına görə, ölkə əhalisinin çoxu qaçqınların əleyhinədir.

Bu oktyabrın 25-də keçiriləcək parlament seçkilərində miqrantlara qarşı olan sağçı müxalifətin qalib gəlməsi və təkbaşına hökumət yaratmasına imkan açır.

“Rzeczpospolita” qəzetinin keçirdiyi son sorğuya görə, müxalifətdə olan “Haqq və ədalət” partiyası 39, Komaczın rəhbərlik etdiyi hakim “Vətəndaş platforması” isə 22 faiz səs toplaya bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG