Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə komitəsinin üzvləri sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər.

MSK-nın məlumatına görə, Məzahir Pənahov qurumun nüfuzlu beynəlxalq təşkilatlar, habelə Avropa Şurası və onun müxtəlif qurumları ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Nümayəndə heyəti bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb.

Mızahir Pənahov beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində görülən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Görüşdə həmçinin qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Milli Məclisdə bir sıra görüşlər keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG