Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55

Sentyabrın 21-də Moskva ətrafında Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benjamin Netanyahu arasında görüş olub.

İsrail son vaxtlar Rusiyanın Suriyada hərbi iştirakının genişlənmısindən narahatdır.

Netanyahu Livandakı Hizbullah qrupu, Suriya ordusu və İrana silah göndərilmsinin qarşısını almaqda tam qəti olduğunu bildirib.

O bu ölkələri İsrailə qarşı ikinci terror cəbhəsi açmağa cəhddə günahlandırır.

Putin isə Suriyanın hazırkı vəziyyətdə ikinci cəbhə açmaq halında olmadığını deyib.Putin deyib ki, Suriya indi öz dövlətini xilas eləmək hayındadır.

Amma o hər halda bu məsələnin detallarını müzakirə etmək üçün Netanyahunun Moskvaya gəlişindən çox şad olduğunu vurğulayıb.

Məlumatlara görə, İsrail ehtiyat edir ki, Rusiya ordusu Suriyada islamçı yaraqlılara qarşı mübarizə apararkən Rusiya ordusu ilə təsadüfi atışma, toqquşma ola bilər.

İsrail Suriyanın cənubunda islamçı yaraqlılara qarşı reydlər keçirir və şiə qrupu olan Hizbullahın silahlanmasından qorxur.

Günün bütün mövzuları

XS
SM
MD
LG