Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

Moldovada korrupsiyaya qarşı etirazlar davam edir.

Sentyabrın 20-da ölkənin şəhər və kəndlərində maşınlarla etiraz aksiyası keçirilib.

Aksiyada yüzlərlə maşın iştirak edib.

Sentyabrın 6-dan Moldovada korrupsiya ilə mübarizə və islahatlar tələbi ilə etiraz aksiyaları keçirilir.

Aksiyaçılar şəhərin mərkəzində daimi çadır düşərgəsi salıblar.

Onlar prezident Nicolae Timofti və bir sıra məmurların istefasını, ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb edirlər.

Amma hökumət siyasi tələbləri rədd edir və bildirib ki, etirazçılarla yalnız islahatlar və iqtisadi tədbirlər müzakirə edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG