Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

Ebolaya düzgün reaksiya verilməyibmiş


Ebolaya qarşı eksperimental vaksinlər, arxiv fotosu

Ebolaya qarşı eksperimental vaksinlər, arxiv fotosu

-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2014-cü ildə Qərbi Avropada yayılmış ebola epidemiyasına düzgün reaksiya verməyib. Associated Press agentliyi sentyabrın 21-də açıqladığı araşdırmada belə bir iddia ilə çıxış edib.

Hesabatda deyilir ki, təşkilat siyasi və iqtisadi səbəblərdən fövqəladə vəziyyəti elan olunmasını gecikdirib, hətta bu durum elan olunandan sonra belə sərt mübarizə aparmayıb.

Ekspertlər agentliyə deyiblər ki, ÜST-nin səhvləri regionda ölüm hallarına gətirib. Sierra Leonedə işləyən bir səhiyyə eksperti təşkilatı “iflic olmuş” adlandırıb,

Bu günədək eboladan Qərbi Afrikada 11 mindən çox insan dünyasını dəyişib. Ekspertlərin fikrincə, epidemiyanın qarşısı ilin sonunadək alınmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG