Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

-

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 6-da hərraca çıxarılacaq avtomobillərin siyahısını açıqlayıb.

Hərraca 7 maşın çıxarılacaq.

Həmin avtomobillərin arasında 2005-ci il istehsalı olan Volkswagen Passat, 2007-ci il istehsalı olan 3 ədəd Nissan Maxima, 2006-ci il istehsalı olan KİA Magentis-Optima, 2006-ci il istehsalı olan Chevrolet Lacetti və 2003-cü il istehsalı olan KAMAZ-65115 var.

Volkswagen Passat 7 565 manatdan, Nissan Maxima 7 449, KİA Magentis-Optima 7 168, Chevrolet Lacetti 3 415, KAMAZ-65115, 4 570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.
Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan Volkswagen Passat-ın qiyməti 7 600 dollar və ya 7960 manat, 2007-ci il istehsalı olan Nissan Maximanın qiyməti 9 500 dollar və ya 9 950 manat, Chevrolet Lacetti-nin qiyməti isə 6 000 dollar və ya 6 284 manatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG