Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:25

Kerry və Steinmeier Suriyadan danışıb


Fransa xarici işlər naziriLaurent Fabius (sağda), Frank-Walter Steinmeier (solda) və John Kerry (arxiv fotosu)

Fransa xarici işlər naziriLaurent Fabius (sağda), Frank-Walter Steinmeier (solda) və John Kerry (arxiv fotosu)

-

Almaniya və Birləşmiş Ştatların xarici işlər nazirləri bazar günü görüşüb. Onlar Avropanın miqrant böhranının həlli və Suriyada vətəndaş müharibəsinə son qoyulması üçün ölkələrinin səylərini gücləndirməyə razılaşıblar.

ABŞ Dövlət katibi John Jerry sentyabrın 20-də Berlində alman həmkarı Frank-Walter Steinmeier-lə görüşüb.

Steinmeier deyib ki, Suriyada zorakılığa son qoyulması üçün “siyasi və mənəvi borc” mövcuddur.

Kerry-nin sözlərinə görə, Birləşmiş Ştatlar 70 min suriyalı qaçqını qəbul edib və gələn aydan başlanan maliyyə ilində daha 15 min qaçqını yerləşdirəcək.

Almaniya isə bu il 1 milyonadək qaçqını yerləşdirməyə boyun olub.

Steinmeier bildirib ki, Kerry-nin Moskva və Suriya ilə ünsiyyət qurmasını dəyərləndirir. O, Səudiyyə Ərəbistanı və İranın da böhranın həllinə cəlbini vacib sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG