Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

-

«Mənim müxtəlif nazirliklərdə işləyən dostlarım var. Deyirlər ki, nazir işə gələndə siqnal verilir. Nazirlikdə hər kəs onun qarşısında ayağa durmağa hazır vəziyyətdə gözləyir. Adam bir az sadə olar. Bu nədir? Biz Şimali Koreyada yaşayırıq, yoxsa Azərbaycanda?»

Bunu strateq.az saytına müsahibəsində keçmiş səfir Arif Məmmədov deyib.

Arif Məmmədov müsahibəsində Azərbaycandakı ərzaq mallarının qiyməti ilə Avropadakı ərzağın qiymətini də müqayisə edib: «Orda adi banan 3 manatadır, burda heç 1 avroya da deyil. Elə meyvə var ki, Bakıda 5-6 manata, Avropada isə 1-2 avroya ala bilərsən. Bu, ağlasığmaz fərqdir. Maaş fərqinə baxanda yenə avropalı azərbaycanlıdan çox qazanır. Mənim anam 40 il həkim işləyib. Təqaüdə çıxan anam 120 manat pensiya alır. Bu, onun bir aylıq işıq və qaz puluna çatmır. Avropada ən ucuz işçi qüvvəsi isə saatı 15-20 avroya işləyir. Ona bir saatına həmin pulu verməsən, heç sənin salamını belə almaz».

Evləri yanan məcburi köşkünlər gecəni küçədə keçirib

Küçədə gecələyən məcburi köçkünlər (musavat.com)

Küçədə gecələyən məcburi köçkünlər (musavat.com)

«Yeni Müsavat» qəzeti yazır ki, sentyabrın 19-da Cəlil Məmmədquluzadə küçəsi 102 ünvanda yanğın baş verəndən sonra ev sahibləri küçədə qalıblar.

Sakinlər qəzetə deyib ki, FHN əməkdaşları hadisə yerinə yanğın baş verəndən yarım saat sonra gəlib. Evi yananlardan biri İsa Əliyev isə dövlət qurumlarının onların vəziyyəti ilə maraqlanmadığını deyib: «Evim yanb külə dönüb. Bir əşyamı da çıxara bilməmişəm». Şəkər Quliyeva isə deyib ki, yanğın çox sürətlə həyəti başına götürübmüş. Əvvələ ağaclar yanıb, sonra evlərə keçib: «FHN əməkdaşları vaxtında yetişsəydilər yanğın digər evlərə keçməyəcəkdi».

Kəndlərin çırağını belə söndürürlər

Bakıda meyvə bazarı (arxiv fotosu).

Bakıda meyvə bazarı (arxiv fotosu).

«Bizim Yol» qəzeti yazır ki, bu yay meyvə bol olsa da zay olub gedib. Çünki kəndli meyvəsini satmağ bazar tapmayıb.

Qəzet yazır ki, ona görə də istənilən sahibkar ölkədən mal çıxarda, ölkəyə mal gətirə bilməlidir: «Bazar inhisardan azad edilməlidir. Bakı ətrafında, böyük şəhərlər ətrafında çoxlu sayıda topdansatış bazalarının yaradılmasına imkan yaradılmalıdır. Həmin topdansatış bazalarına pərakəndə satışla məşğul olanların girişi asanlaşdırılmalıdır. Belə olan halda ölkədə həm məhsulların satışı asan olacaq, həm də istehsalçılar üçün qiymət əlçatan olacaq».

Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu qəbul etmirlər

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi qərəzdən irəli gəlir».

Milli Məclisin deputatı Rövşən Rzayev

Milli Məclisin deputatı Rövşən Rzayev

Bunu Yap.org.az saytına deputat Rövşən Rzayev deyib.

R.Rzayevin fikrincə, ATƏT DTİHB-nin müşahidə missiyası göndərməməsinin əsas səbəbi Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu qəbul etməmələri ilə bağlıdır.

«Əgər onlar gəlməkdən imtina ediblərsə, bəs niyə bu barədə danışırlar? Deməli onlar hər vəchlə Azərbaycana təzyiq etmək istəyirlər. Təbii ki, rəsmi Bakı da bu təzyiqi qəbul etmir. Əgər təşkilatın imkanları varsa gəlib görsünlər ki, Azərbaycanda seçkilər hansı şəraitdə keçirilir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG