Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

-

İran prezidenti Hasan Rohani deyir ki, iranlıların çoxu bu yaxınlarda imzalanmış nüvə sazişini dəstəkləyir. Bu sazişə görə Tehran beynəlxalq sanksiyaların yumşaldılması əvəzində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

Sentyabrın 20-də ABŞ-ın “60 dəqiqə” televiziya proqramına müsahibəsində Rohani deyib ki, iranlılar hələ də Birləşmiş Ştatlara inanmırlar, ancaq saziş münasibətləri yaxşılaşdırmalıdır.

“Məsafə, fikir ayrılıqları, inamsızlıq tezliklə aradan qalxan deyil,” Rohani deyib. “İnanıram ki, düşmənçiliyin azaldılmasına doğru ilkin addımları atmışıq”.

Rohani onu da deyib ki, Tehran Birləşmiş Ştatlarla “əsir mübadiləsi”ndə maraqlı ola bilər. İranda bir neçə ABŞ vətəndaşı saxlanır. Washington Post-un jurnalisti Jason Rezaian da onların içindədir.

İran ABŞ həbsxanalarındakı vətəndaşlarının buraxılmasını istəyir. Onların bəziləri sanksiyaları pozmağa görə məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG