Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

-

Solçu Syriza partiyası sentyabrın 20-də Yunanıstanda keçirilən parlament seçkisində səslərin 35.47 faizini toplamaqla qalib gəlib.

Daxili İşlər Nazirliyi ilkin nəticəni sentyabrın 21-də elan edib. Artıq bülletenlərin 99 faizi sayılıb.

Rəsmi nəticələrə görə, Syriza 300 yerlik parlamentdə 145 yer tutacaq. Səslərin 28 faizini toplamış mühafizəkar Yeni Demokratiya Partiyası 75 mandat alacaq. İfrat sağçı Qızılı Sübh partiyası 18, kommunistlər 15 yer qazanır. Parlamentdə daha 3 partiya təmsil olunacaq.

Seçici iştirakı 55 faiz olub. Bu, ötən seçkilərə nisbətən azdır. Yunanlar bu il artıq üçüncü dəfədir səsverməyə gedir.

Syriza-nın lideri və keçmiş baş nazir Alexis Tsipras deyib ki, sağçı Müstəqil Yunanlar partiyası ilə koalisiya yaradacaq. Bu partiya əvvəl də Syriza-nın tərəfdaşı olub. Tsipras yeni mandat almaq üçün avqustda istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG