Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:13

Rusiya müxalifəti yürüş keçirib


Yürüşdən foto, 20 sentyabr, 2015-ci il

Yürüşdən foto, 20 sentyabr, 2015-ci il

-

Moskvada minlərlə müxalifət fəalı və tərəfdarları ötən bazar baş tutmuş regional seçkilərin nəticəsinə etiraz yürüşü keçirib. Saxtalaşdırıldığı bildirilən həmin seçkilərdə hakim partiyanın qələbəsi elan olunub.

“Hakimiyyəti dəyişəcək mitinq” adlanan etiraz aksiyası Moskvanın cənub hissəsində, mərkəzdən uzaq yerdə baş tutub. İştirakçılar Rusiyanın və Parnas müxalifət koalisiyasının bayraqlarını yelləyiblər. Bu ilin fevralında Kreml yaxınlığında qətlə yetirilmiş müxalifətçi Boris Nemtsov-un şərəfinə plakatlar tutulub.

Ötən bazar 20-dən çox regionda qubernator, regional və bələdiyyə parlamentləri seçkilərində Vahid Rusiya qələbə qazanıb. Bəzi müxalifət qrupları Kostromada yaxşı nəticə göstərməyə ümidliydi, ancaq sonradan dediklərinə görə, onları yalnız ona görə seçkiyə buraxıblar ki, Vahid Rusiya onları qətiyyətlə məğlub eləsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG