Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

-

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) “Azərbaycanın dağ bəbiri” fəxri adının verilməsi üçün ən yüksək dağ zirvələrinə qış yürüşlərinə qeydiyyatın başlandığını elan edib. Bu zirvələr Bazardüzü (4466 metr), Şahdağ (4243 metr), Tufandağ (4191 metr), Bazaryurd (4126 metr), Yarıdağ (4116 metr), Çarun (4089 metr), Çingiz Mustafayev (4062 metr), İlham (4042 metr) və Raqdanadır (4020 metr).

Ən azı 4 min metr zirvəyə uğurla dırmanmış şəxslərə “Azərbaycanın dağ bəbiri” adı veriləcək.

Yarışda fiziki sağlamlığı imkan verən və uyğun hazırlığa malik olan Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

Yarışlar gələn ilin fevral-iyun aylarında keçiriləcək. Sənədlər oktyabrın 10-dək qəbul olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG