Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Ən böyük maaşları hansı şəhərlərdə qazanırlar?


İsveçrə frankı

İsveçrə frankı

İseçvrənin UBS bankının hesablamasına görə ən yaxşı maaşları İsveçrəinin Sürix və Cenevrə şəhərlərində verirlər. Üçüncü yerdə Lüksemburq gəlir.

İseçvrənin UBS bankının hesablamasına görə ən yaxşı maaşları İsveçrəinin Sürix və Cenevrə şəhərlərində verirlər. Üçüncü yerdə Lüksemburq gəlir.

Bu hesablamaya görə dünyada ən az məvacib verən şəhərlər Nayrobi, Cakarta və Kiyevdir. Bu şəhərlərdə Sürix maaşının yalnız 5 fazini alırlar.

Nyu York, Mayami, Kopenhagen, Sidney, Oslo, Los Anceles, Çikaqo, Monreal, Stokholm və London sonrakı yerləri tuturlar.

Bu hesabatda yüksək maaşların müqabilində xərclərin də haqq-hesabı aparılıb.

Bu mənada Nyu York dünyada üçüncü bahalı şəhərdir. Ondan əvvəl ən yüksək maaşları verən Sürix və Cenevrə gəlirlər.

Çikaqo 10, Los Anceles və Mayami 16-17-ci yerdədir.

Neft çıxan yerlərdə bahalıq olur?

Bakı, o cümlədən Tbilisi və Yerevan “yüksək maaşlar” reytinqində yoxdur.

Lakin Bakı ABŞ-ın Mercer şirkətinin “yaşamaq üçün ən bahalı şəhərlər” reytinqində yer alıb.

Bu reytinq ötən iyunda tərtib olunub və Azərbaycan paytaxtı həmin cədvəldə 33-cü yerdədir.

Üstəlik bahalığına görə Bakı Moskvanı, Almatını, Daşkənd, Riqa və Tallinni xeyli geridə qoyub.

Müqayisə üçün Tbilisi bu reytinqdə 198, Yerevan 192-ci yerdədir.

207 şəhər arasında “ən bahalı şəhər” titulu neftlə zəngin Anqolanın paytaxtı Luandaya qismət olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG