Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər sərbəst buraxıldı [video və fotolar]


MeydanTV-nin əməkdaşları

MeydanTV-nin əməkdaşları

.

Yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

***

Jurnalistlər buraxılıb

Sentyabrın 20-də gecə saat 1 radələrində Bakı hava limanında saxlanan Meydan TV-nin əməkdaşları - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva gündüz saat 12.30-da sərbəst buraxılıb.

Ukraynadan təlimdən qayıdan jurnalistlər aeroportda saxlanandan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı.
Sevinc Vaqifqızı deyib ki, yalnız gündüz saat 12 radələrində onlardan izahat alınıb.
Onlardan Mingəçevir hadisələri haqda soruşublar. Meydan TV-nin fəaliyyəti ilə maraqlanıblar.

Saxlanan zaman jurnalistlərdən götürülən şəxsi əşyaları, pulları və jurnalist avadanlıqları özlərinə qaytarılıb.

JURNALİSTLƏR HAVA LİMANINDA SAXLANIB

3 xanım jurnalistin sentyabrın 20-i səhər saat 10-da dindiriləcəkləri haqqında məlumat var. Amma həllik dirdirmənin mahiyyəti haqqında hər hansı rəsmi açıqlama yoxdur.

***

Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər DİN Hava Nəqliyyatında polis idarəsindən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Hələlik jurnalistlrin saxlanma səbəbi barədə nə hüquq-mühafizə orqanları, nə də başqa hakimiyyət orqanlarından hər hansı rəsmi açıqlama yoxdur.

Amma Almaniyada mənzillənə bu internet portalla əməkdaşlıq edən jurnalistlər bundan əvvəl də tez-tez istintaqa çəkiliblər. Hər dəfə də prokurorluq orqanları onların MeydanTV-dəki fəaiyyətlərinə görə deyil Mingəçevirdə kütləvi etiraz aksiyasına görə açılmış cinayət işi üzrə dindirildilərni iddia edib.

***

Jurnalistlərin hazırda DİN Hava Nəqliyyatında polis idarəsində olduğu məlumat verilir.​

***

Meydan TV ilə əməkdaşlıq edən üç xanım jurnalist - Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayeva hava limanındakı sərhəd keçid məntəqəsinin əməkdaşları tərəfindən saxlanıb, barələrində akt tərtib edilib və DİN əməkdaşlarına təhvil verilib. Onlar sentyabrın 19-da Kiyevdən media təlimindən qayıdırmışlar. Bu barədə AzadlıqRadiosuna Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir məlumat verib.

Buna da bax: Mingəçevir yoxsa, Meydan TV işi?

Hazırda xanım jurnaistlərin hansı polis bölməsinə aparıldığı bəlli deyil.

Saxlanan xanım jurnalistlər: Soldan: Aytən Fərhadova, Sevinc Vaqifqızı, İzolda Ağayeva

Saxlanan xanım jurnalistlər: Soldan: Aytən Fərhadova, Sevinc Vaqifqızı, İzolda Ağayeva

Bundan bir neçə gün əvvəl də Meydan Tv ilə əməkdaşlıq edən Şirin Abbasov da yoxa çıxıb, daha sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Sentyabrın 18-də Şirin Abbasov polisə müqavimətdə təqsirli bilinərək bir aylıq izibati həbs cəzası alıb.

Sentyabrın 16-da Meydan TV-nin iki xanım əməkdaşı da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər. Onlardan Meydan TV-dəki fəaliyyətləri, TV-nin rəhbəri, eləcə də Mingəçevir hadisələri zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması haqda soruşublar.

Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov AzadlıqRadiosuna demişdi ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.​

Saxlanan jurnalistlər Mütəşəkkil Cinayətkarlıqla Mübariə İdarəsinə aprılarkən. (20 sentyabr 2015)

Saxlanan jurnalistlər Mütəşəkkil Cinayətkarlıqla Mübariə İdarəsinə aprılarkən. (20 sentyabr 2015)

Jurnalistlər saxlanarkən

Jurnalistlər saxlanarkən

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG