Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:12

-

Sentyabrın 19-da 1 saylı Mərkəzi Kliniki Xəstəxananın yaxınlığında, Cəlil Məmmədquluzadə küçəsində yerləşən ikimərtəbəli binada yanğın olub. Orada məcburi köçkünlər məskunlaşıb.

musavat.com xəbər verir ki, yanğına səbəb kimi həyətə tökülən zibillərin alışması göstərilir. Ərazidə ağacların çox olması yanğının daha geniş əraziyə yayılmasına səbəb olub. Nəticədə 20-yə yaxın mənzil yanıb, sakinlər dərhal təxliyə olunublar. Xəsarət alan olmayıb.

FHN əməkdaşları şiddətlənən yanğının yaxınlıqdakı 16-mərtəbəli binaya keçməsinin qarşısını alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG