Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

-

Parlament seçkilərinə qatılmaq istəyən 19 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 19-da keçirilən iclasında xəbər verilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir:

«Onların 506-sı siyasi partiyalar tərəfindən, 37-si siyasi partiya bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 721 nəfər imza vərəqəsi alıb. 64 nəfər imza vərəqələrini qaytarıb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb. 19 nəfərdən 5-i Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi və Ümid partiyaları tərəfindən irəli sürülüb, 14 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb».

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Uzun müddətdir ölkədə seçkiləri uzunmüddətli və qısamüddətli müşahidəçi missiyası altında izləyən ATƏT bu dəfə seçkiyə müşahidəçi yollamaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG