Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Rusiyada «Məhəbbət» qadağandır


Filmdən kadr.
Filmdən kadr.

-

Rusiyada Fransanın «Məhəbbət» filminin nümayişi erotik səhnələrinə görə qadağan olunub.

AzadlıqRadiosunun rus xidməti yazır ki, aprel ayında «Nömrə 44» prokat filmi qadağan ediləndə, peşəkarlar tamaşaçının bir şey itirmədiyini vurğulayıb: «Distributor - «Premium film» kinonun qısa lentini göstərmək istəsə də, buna da imkan verilməyib. Çünki qərarın Mədəniyyət Nazirliyi səviyyəsində verildiyi güman edilir».

Filmin rejissoru tanınmış fransalı rejissor Gaspar Noé-dir. O, «Məhəbbət»in üzərində bir neçə il çalışıb: «Filmin premyerası may ayında Kann kinofestivalında nümayiş etdirilib».

«MƏHƏBBƏT SƏHNƏSİNİ ÇƏKMƏK DAHA MARAQLIDIR, NƏİNKİ...»

Film Fransa kino-məktəbinin amerikalı tələbəsi Murphy-nin qız dostu Electra-ya sevgisindən bəhs edir. Ancaq qız onu atır. Rejissor deyir ki, onun məqsədi seksin məhəbbətdən ayrı olmadığını göstərməkdir. Gaspar Noé izah edib ki, o, həyatda tez-tez rast gəlinən, amma ekrana az çıxan seksual canatımı maksimal şəkildə göstərmək istəyib: «Mənə məhəbbət səhnəsini çəkmək daha maraqlıdır, nəinki bir-birini öldürən adamları», - o, AzadlıqRadiosuna müsahibəsində deyib. Onun fikrincə, «Məhəbbət» ucuz melodrama, sadəcə erotik səhnələri bol olan film deyil: «Mən kişi və qadın arasında sentimental gücü və sevgi ekstazı kimi hissləri göstərmək istəmişəm».

Gaspar Noé
Gaspar Noé

AzadlıqRadiosunun rus xidməti yazır ki, film həqiqətən də erotik səhnələrlə boldur, amma onu pornoqrafik adlandırmaq çətindir, çünki qeyri-adi dərəcədə sentimentaldır.

18+

«Məhəbbət» Melburndan Odessaya qədər bir çox kinofestivallarda nümayiş etdirilib. Bəzi ölkələrdə filmin nümayişi yaşı 18 və 21-dən az olanlar üçün məhdudlaşdırılıb: «Fransada filmin altında 18+ yazılması isə birmənalı qarşılanmayıb. Afişanın altında belə bir yazı peyda olub ki, Fransada artıq 18 yaşa qədər məhəbbət qadağan edilib.

Deputat Vitaly Milonov hesab edir ki, bu filmi, Hitler-in «Mayn Kamf» kitabı kimi, göstərmək olmaz, qadağan edilməlidir. Deputat yəqin ki, filmə baxmayıb. Amma filmə baxan rusiyalı kino mütəxəssisləri hesab edirlər ki, «Məhəbbət» rejissorun yaxşı işlərindən biridir və sıradan film deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG