Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

"ABŞ hәll olunmamış münaqişәlәrd’n narahatdır”.

APA-nın mәlumatına görә, bunu Bakıda səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelyn Farkas deyib.

O Azәrbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı mәsәlәləri daima diqqətdə saxladığını bildirib: "Tәəssüf ki, bu münaqişәlәrin ortaq cәhәtləri var - güc tәtbiqi vә bugünədək effektli olmayan sәylәr.

Bu istiqamətdə apardığımız siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. ABŞ vәziyyәti daima nəzarətdə saxlayır vә bu münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarır”.

Rusiya sülhmәramlı qüvvələrinin Dağlıq Qarabağda yerlәşdirilmәsinin mümkünlüyünə gəldikdə Pentaqon rəsmisi deyib ki,Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və belә bir plan olsa, bu Minsk qrupunun digәr üzvlәri ilә birgə nәzәrdәn keçirilәcәk.

Qeyd edək ki, Evelin Farkas sentyabrın 18-də Azərbaycanda səfərdə olub, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG